Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

XARİCİ SİYASƏT 30 dek 2022, 19:48
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.

"Qardaş Türkiyənin Aydın vilayətində partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, ailələrinə səbr, yaralıların tezliklə sağalmasını diləyirəm", - C.Bayramov qeyd edib.

Xatırladaq ki, Türkiyənin Aydın əyalətinin Nazlı rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top