Salyanda karate idman növü üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

İDMAN 29 dek 2022, 22:28
29 dekabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan rayon Qaraçala qəsəbə tam orta məktəbin idman zalında Salyan Şəhidlərinin əziz xatirəsinə və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş VKF karate idman növü üzrə kadetlər və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir. Birincilikdə Salyan, Şirvan, Ucar və Sabirabad komandaları iştirak etmişdir.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, Azərbaycan xalqının birliyi, həmrəyliyi ilə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Bu gün Azərbaycanın qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırmasının təməlində Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır.

Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Respublikanın əməkdar məşqçisi, Silahsiz özünü müdafiə etmə idman növü üzrə ilk idman ustası, Qarabağ müharibə veteranı, SUDO KARATE idman növü üzrə 8 ci dan qara kəmər sahib, Dünya Beynəlxalq SUDO Federasiyasının koordinatoru, Beynəlxalq dərəcəli hakim Hidayət Şabanov qeyd etdi ki, karate idman növü üzrə Azərbaycan idmançıları Dünyanın sayılıb seçilən güclü idmançıları siyahısındadı. Ölkəmizdə son zamanlar ərzində karateçilərimiz Avropa və

Dünya çempionatlarında dəfələrlə parlaq nəticələr göstərmiş, bir sıra beynəlxalq yarışların mükafatçısı adlarını qazanmışlar.
Sonra çıxış edən karate idman növü üzrə təcrübəli məşqçi müəllim, beynəlxalq dərəcəli hakim, IV Dan Qara Kəmər sahibi Seymur Məmmədov qeyd etdi ki, Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir.

Daha sonra çıxış edən Vətən Müharibəsi Şəhidi Taleh Zamanovun atası Valeh Zamanov, Vətən Müharibəsi Şəhidi Bayrı İmanovun atası Ağamirzə İmanov və Karate İdman növü üzrə məşqi müəllim, Vətən müharibəsi qazisi Pərviz Bəşirli qeyd etdilər ki, bu gün fəxrlə danışdığımız şanlı Qələbəni Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Ali Baş Komandan Prezident cənab İlham Əliyev və Ordumuzun yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə qürur duyuruq.

Salyan Şəhidlərinin əziz xatirəsinə və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş VKF karate idman növü üzrə rayon birinciliyində Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Respublikanın əməkdar məşqçisi, Silahsiz özünü müdafiə etmə idman növü üzrə ilk idman ustası, Qarabağ müharibə veteranı, SUDO KARATE idman növü üzrə 8 ci dan qara kəmər sahib, Dünya Beynəlxalq SUDO Federasiyasının koordinatoru, Beynəlxalq dərəcəli hakim Hidayət Şabanov, Vətən Müharibəsi Şəhidi Taleh Zamanovun atası Valeh Zamanov, Vətən Müharibəsi Şəhidi Bayrı İmanovun atası Ağamirzə İmanov, I Qarabağ şəhidi Ramiz İbrahimov adına Salyan rayon Düzənlik kənd ümumi orta məktəbin direktoru Əli Dadaşov Salyan rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları, Birinci Qarabağ müharibəsi şəhidi Cəlal Məmmədovun qardaşı Şahsuvar Məmmədov, Karate İdman növü üzrə məşqi müəllim Vətən müharibəsi qazisi Pərviz Bəşirli Salyan rayon Gənclər və İdman İdarəsinin fəxri diplomları ilə təltif olundular.

Sonra açıq rayon birinciliyinə start verildi. Yekun komanda hesabında III yeri Sabirabad, II yeri Şirvan, I yeri isə Salyan komandası tutdu.

Maraqlı idman mübarizəsi şəraitində keçən rayon birinciliyinin sonunda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olundular.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top