Ukraynanın S-300 raketi Belarusda qəzaya uğradı

DÜNYA 29 dek 2022, 22:00
Ukraynadan atılan S-300 raketi Brest vilayətinin İvanovo şəhərinə düşüb.

Ukraynanın S-300 zenit - raket kompleksindən (SAM) atılan raket Belarusa düşüb.

Demokrat.az xəbər verir ki, bu  barədə BELTA məlumat yayıb .

Hadisənin səhər saat 10-11 radələrində baş verdiyi qeyd edilir. 

Hadisə ilə bağlı Belarus prezidenti Aleksandr Lukaşenkoya məlumat verilib. Onun tapşırığı ilə hadisə yerində müstəntiqlər, Daxili İşlər və Müdafiə nazirliklərinin mütəxəssisləri işləyir. 

Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top