"Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarıdır" — Deputat

GÜNDƏM 29 dek 2022, 20:07
"Cənab prezidentin Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşü zamanı bir çox mətləblərə toxundu. Onun verdiyi son açıqlamalar həm Azərbaycan xalqına, həm düşmənlərimizə, həm dünya ictimaiyyətinə bir mesaj oldu. Əvvəla bütün dünya bildi ki, Azərbaycan çox güclü və qüdrətli ölkə kimi öz torpaqlarını düşmən işğalından azad etdi. Bu gün həmin ərazilərində böyük quruculuq bərpa işləri görür".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat Azərbaycan xalqının əsrin əvvəllərində çox böyük haqsızlıqla üzləşdiyini vurğulayıb:

"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil olmağımızın ilk zamanlarında verdiyi qərarlar təəssüflər olsun ki,  İrəvan və ətrafdakı ermənilərə üçün müsbət qərarlar idi. Təbii ki,  o zamanın öz çətinlikləri var idi. Dünyanın geosiyasi anlamdakı çətin müharibələrlə, ədalətsiz işlərlə, haqsızlıqlarla tüğyan etdiyi bir dövrdə biz beynəlxalq hüquq və ədaləti bərpa etdik. Həmin çətin şərtlər altında çox uğurlu xarici siyasət yürüdürük. Hər kəs bilir ki, Qərbi Azərbaycan torpaqları bizim əzəli dədə-baba torpaqlarımızdır. Orada yüz minlərlə soydaşımız mərhələli şəkildə  deportasiya olunublar. Çox təəssüf ki, onların köçü 1988-ci ildə baş verdi. Lakin bu gün həmin insanların hər biri genotik kodunda orada yaşayır, yəni onlar öz doğma şəhərlərini, kəndlərini unutmayıblar. Bu insanlar nə vaxtsa ora qayıtmaq arzusuyla yaşayırlar. Əlbəttə ki, bu, tarixi ədalətsizlikdir. Biz tarixi  ədaləti bərpa etməliyik. Zamanı gəldikdə, həmin torpaqlarda soydaşlarımız yaşayacaq. Çox təəssüf ki, dünya ədalətsiz qanunlarla idarə olunur. Güclərin qanunu daha çox işləyir və beynəlxalq ədalət yalnız sözdədir. Biz bunu 30 ilə yaxın müddətdə gördük. Özümüz iqtisadi gücümüzü artırdıq, vətənpərvər gənclər yetirdik və bu ədaləti özümüz bərpa etdik. Gücləndikcə, siyasi-iqtisadi gücümüz artdıqca Azərbaycan daha da qüdrətlənir və təbii ki, illər öncə ona qarşı ədalətsizliklə davranan ölkələrə də  siyasətçilərə də öz etirazını bildirir. Qərbi Azərbaycanlıların öz doğma-yurd yuvalarına qayıtmaları, həmin ədalətsizləyə qarşı ədalətin bərpa olunmasıdır. İnanıram ki, tarixi ədalət bərpa olunacaq. Azərbaycanlılar doğulub boya-başa çatdıqları yurd-yuvalarında əmin- amanlıqla yaşayacaqlar".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top