Çavuşoğludan Yunanıstana xəbərdarlıq: “Saxta qəhrəmanlıq göstərməyə çalışmayın”

SOSİAL 29 dek 2022, 19:51
“Yunanıstana bir daha xəbərdarlıq edirik, macəraya atılmayın”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən 2022-ci ilin yekunlarına dair qiymətləndirmə toplantısı zamanı mətbuata açıqlamasında bildirib.

Yunanıstanın qeyri-hərbi statuslu adalarda törətdiyi qanun pozuntuları ilə bağlı 2021-ci ildə Birləşmiş Millətlər Təşkilatına (BMT) iki məktub göndərdiklərini ifadə edən Çavuşoğlu qeyd edib ki, Yunanıstan Lozanna və Paris razılaşmalarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Türkiyəyə qarşı öz suveren hüquqlarını irəli sürə bilməyəcək.
Çavuşoğlu son günlər Yunanıstan mətbuatında yer alan Krit ətrafında quru sularının 12 milə qədər artırılacağı xəbərinə də toxunub.

“Bu mövzuda mövqeyimiz bəllidir. Nəinki 12 mil, Egeydə quru sularının 1 mil belə genişləndirilməsinə icazə vermərik. Məclisimizin 1995-ci ildə bununla bağlı qəbul etdiyi konkret qərar var və bu qərar hələ də qüvvədədir. Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxalanmağa çalışdıqlarınıza güvənərək saxta qəhrəmanlıq göstərməyə çalışmayın. Macəraya atılmayın. Bunun sonu sizin üçün yaxşı olmaz!”, - deyə nazir vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top