“Gələn il bölgəyə BMT çərçivəsində alternativ hərbi qüvvələr dəvət edilə bilər”

SİYASƏT 29 dek 2022, 18:01
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Azərbaycana dəhliz verməyə və ölkəsini “İttifaq Dövləti”nə qoşulmağa məcbur etməkdə ittiham etdi. Kremldən Qriqoryana verilən cavab kifayət qədər sərt olub və onu “təxribatçı” adlandırıblar. 

Ermənistan rəsmilərinin artan antirusiya açıqlamalarının çox ciddi olduğunu qeyd edən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, bu ciddi siqnallardan xəbər verir:

"Ümumiyyətlə, əsas məsələ Paşinyanın Rusiyaya verdiyi vaxtla bağlıdır. Ermənistan yanvarın 10-na qədər yol açılmasa KTMT-dən çıxacağını qeyd edib.  Təbii ki, bu da kifayət qədər ciddi açıqlamadır. Ölkənin birinci şəxsinin açıq mətnlə Rusiyanı təhdid etməsi həqiqətən də, çox ciddi proseslərin siqnalıdır. Məntiqi hesablama da göstərir ki, Rusiyanın indiki durumunda mütləq şəkildə Ermənistanın prosesin hansısa formada həllindənsə, Rusiyanın tələyə düşməsində maraqlıdır. 10 gündən sonra ssenari KTMT-dən Ermənistanın çıxması ola bilər. Təbii ki, belə şey mümkündür. Bölgəyə BMT çərçivəsində alternativ hərbi qüvvələrin dəvət edilməsi də ola bilər. Habelə, dərhal Ermənistan da hakimiyyət dəyişikliyi ola bilər və Azərbaycana hücum olacaq.  Burada çox geniş çeşidli kampaniyalardan söhbət gedir. Bütün hallarda 10 gün sonra müəyyən proseslərə start veriləcək". 

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top