Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirildi — SƏRƏNCAM

SİYASƏT 29 dek 2022, 12:16
Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib.

Prezident.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik edib.

Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib.

Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyidir - red.) direktoru tərkibdən çıxarılıb.

Qeyd edək ki, Komissiyanın sədri Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top