Ronaldo yeni villasına işçilər axtarır — Maaş 6 min avro (FOTO)

İDMAN 29 dek 2022, 12:06
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo yeni villa tikdirib.

Demokrat.az
xəbər verir ki, bu haqda "Sky Sports İtalia" məlumat yayıb.

37 yaşlı futbolçunun  paytaxt Lissabondakı Quinta da Marinha rayonunda yerləşən yeni evi 3000 kvadratmetr ərazini əhatə edir.

Bildirilir ki, futbolçu 3 mərtəbəli villada aşpaz və xadimələr də daxil  4 nəfər işçi götürəcək. Hətta bununla bağlı elan verən Ronaldo onlara aylıq 6 min avro maaş vəd edib.

Ronaldonun 11 milyon avroya aldığı binanın tikinti işləri tamamlandıqdan sonra onun dəyərinin 30 milyon avro olacağı deyilir . 

Məlumat üçün bildirək ki, villanın 455 kvadratmetr bağçası və açıq sahəsi, tennis kortu, kinoteatrları, açıq və qapalı hovuzu, idman kompleksi, smart istilik sistemi, 20 maşın tutumlu meqaqaraji, yeraltı dəhlizi, sualtı gəzinti yolu və nəhəng şüşəli hovuzu var.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top