20 Yanvar dairəsindən bu istiqamətə hərəkət məhdudlaşdırılır

İNFRASTRUKTUR 29 dek 2022, 10:26
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Demokrat.az
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sözügedən yolöütürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, dekabr ayının 30-dan 31-nə keçən gecədən etibarən 2023-cü il yanvar ayının 4-ü axşam saatlarınadək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top