Çavuşoğlu BMT-nin Baş katibi ilə bu məsələləri müzakirə etdi

REGİON 28 dek 2022, 23:28
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin baş katibi Antonio Quterreşlə telefonla danışıb.

Telefon danışığı zamanı yerli və beynəlxalq bir sıra məsələlər müzakirə olunub.

Belə ki, danışıqda Ukraynada baş verən müharibə, Əfqanıstandakı son vəziyyət, Suriyaya humanitar yardımın göstərilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, tərəflər "taxıl sazişi" nin gələcək hədəflərindən də söz açıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top