Könül Kərimova bu məşhurları TƏNQİD ETDİ: “Onların bir qüsurları var ki...“

ŞOU-BİZNES 28 dek 2022, 14:49
“Çox həvəssiz oluruq. Efirə getmək istəmirik. Çox şeyi görürük. Hamı bir-birini təhqir edir. Biz incəsənət aləmindəyik. Bu sahənin insanları çox həssasdır. Biz necə kimisə incidə bilərik? Sonra da deyirik ki, şərhlərdə bizi təhqir edirlər. Onlar bizi belə görürlər, elə də şərh yazırlar”.

Demokrat.az Olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində Əməkdar artist Könül Kərimova deyib.

O, qalmaqal yaşayan şou-biznes nümayəndələrini tənqid edib. Həmçinin, Kərimova müğənnilər Damla, Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, Nəfəs və Zeynəb Həsəni haqda da danışıb:

“Onların bir qüsurları var ki, dəyişmirlər. 22 ildir ki, Cabbar Musayevlə çalışırıq. Amma başqaları ilə də əməkdaşlıq edirik. Qızlarım, “mama” sizə qurban! Bir az dəyişin. Sizin bazanız var. Bu qızlar arasında o qədər gözəl səs diapozonu olanlar var.

Elə sənətkar bildiyimiz insanlar var ki, qüsurlu oxuyur. Kim bilər ki, həmin qızlar illər sonra öz sözünü deyə bilməyəcək? Əsl sənətkar təmbehini kənardan etsin. Çıxıb efirdən təhqir edirlər. Özüm əlacım olsa, efirdən kənar saçlarından tutub silkələyərəm. Sakitcə başlarını aşağı salıb işlərini görürlər”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top