“Ermənilər kəndlərin adlarını dəyişsə də, tarixi sənədləri təhrif edə bilməzlər” — Deputat

SİYASƏT 27 dek 2022, 17:52
“Bu gün Qərbi Azərbaycan adlandırdığımız ərazi əvvəl Çuxursəd bəylərbəyliyi sonra isə Səfəvi dövləti tərkibində olan Azərbaycan torpaqlarıdır. Nadir şahın qətlindən sonra bu ərazidə İrəvan xanlığı yaradılıb. İrəvan xanlığı da birmənalı olaraq Azərbaycan torpaqları olduğuna görə  Azərbaycan ərazisidir. 1828-ci il Türkmənçay müqaviləsinə qədər birmənalı olaraq bu əraziyə gələn səyyahlar, tarixçilər, ticarətlə məşğul olanlar hər biri bu ərazini Azərbaycan  ərazisi kimi görüb. Bu ərazidəki bütün tarixi və dini abidələr azərbaycanlı əhaliyə məxsus olub. Hətta, belə bir deyim var idi. İrəvan şəhəri ilə bağlı bu əraziyə  gələn xristian əhali, o cümlədən ermənilər də çalışırdılar ki, yağışlı günlərdə  bu əraziyə gəlməsinlər. Çünki qeyri- əhalisi  yağışa  düşdüyünə görə bu insanlar murdar sayılırdı. Yəni bu şəhər türk-müsəlman şəhəri idi.  O da  məlumdur ki, Azərbaycan xanlıqları o cümlədən İrəvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra 1828 -ci ilin martında bu ərazi Naxçıvan və İrəvan xanlıqlarının ərazisi erməni vilayəti adlandırıldı. Yəni, Çar Rusiyasının sərəncamı ilə. Onda sual olunur: Əgər bu ərazi Azərbaycan ərazisi deyildisə, erməni ərazisi idisə, nə üçün Çar Rusiyası bu ərazini erməni vilayəti adlandırır? Həm tarix, həm də məntiq birmənalı mübahisəsi sübut edir ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinb deputatı Anar İsgəndərov deyib.  Deputata qeyd edib ki, bu ərazinin yer adları da, coğrafi adları da birmənalı olaraq türk adlarıdır, türk toponimləridir:

“Bu da məlumdur ki, bu torpaqlar ermənilər tərəfindən tutulandan sonra  gəlmə ermənilər zaman-zaman burada Azərbaycan adlarına dəyişmiş və onları erməni adları ilə əvəz etmişlər. Bu tarixi də gizlətmək mümkün deyil. Çünki Çar Rusiyasının  ilk dövrlərində də xəritələr vardır. O xəritələrə də biz fikir versək, erməni adına rast gələ bilmərik. Amma sonrakı zamanda bu adlar dəyişdirilib. 1918-ci ildə Gürcüstan, Azərbaycan, Ermənistan Çar Rusiyasının süqutundan sonra öz müstəqilliklərini elan etdilər. Onda ermənilərin bugünkü kimi kifayət qədər güclü havadarları var idi. Onlar havadarlarının köməyi ilə  Tiflisdə  cümhuriyyət rəhbərliyini inandıra bildilər ki, əgər onların da Cənubi Qafqazda müstəqil bir dövləti olsa və paytaxtları olsa onlar gələcəkdə azərbaycanlılarla, gürcülərlə münasibətdə səmimi davranacaqlar və bir-birinə ərazi iddiaları olmayacaq. Təəssüflər olsun ki, Ararat Respublikası öz müstəqiliyini elan edəndən sonra onlar “Böyük Ermənistan” kimi məkrli planlarını, həm də heç bir düşüncəyə, məntiqə sığmayan planlarını yenidən ortaya atdılar. Azərbaycan torpaqlarını və Gürcüstan torpaqlarına qarşı müharibəyə başladılar. 1918-ci ilin dekabrında Ermənistan-Gürcüstan arasındakı müharibədə ermənilər Gürcüstan torpaqlarının bir hissəsini zəbt etdilər. Azərbaycan torpaqlarında öz dövlətlərinin qurmağına baxmayaraq, Azərbaycanın digər torpaqlarına- Zəngəzur, Qarabağ və başqa torpaqlara qarşı ərazi iddialarına başladılar. Təbii ki bunun müəyyən bir hissəsinə yalnız 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən və Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra zaman-zaman bu torpaqların işğalına nail oldular. Ermənilərin ən böyük uğuru, azərbaycanlıların isə ən böyük faciəsi ondan baş verdi ki, 1920-ci ilin sonlarında Zəngəzur deyilən ərazi sovet dövlətinin xeyir duası ilə ermənilərə verildi”.

“Azərbaycanın gələcək taleyi üçün həmişə mina rolunu, partlayıcı maddə rolunu oynayan Azərbaycan torpaqlarında 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılmasına nail oldular. Azərbaycanın Qərbi Azərbaycan Ermənistan Sovet Respublikasının tərkibində qaldı. Yüzlərlə müəllifin yazdığı tarixi əsərlərdə bu tarixi həqiqət öz əksini tapıb. Heç azərbaycanlı müəlliflərinin öz tədqiqatlarına  ehtiyac yoxdur. Rus tarixçi Qlinka 1828-ci illə bağlı yazır: 

“General Lazarev Təbrizdə ermənilərin Cənubi Azərbaycandan Şimali və Qərbi Azərbaycana köçürülməsinə rəhbərlik edirdi. Erməni əhalisinə müraciətində deyirdi: “Ey erməni əhalisi, sizə təzə vətən tapmışıq”. Bu təzə vətən haradır? Naxçıvandır, Şamaxıdır, Qarabağdır  və Qərbi Azərbaycandır. Yəni, bugünkü dillə desək Qərbi Azərbaycandır. Bu sənədləri heç kim inkar edə bilməz! Ermənilər kəndlərin adlarını dəyişsə də, amma tarixi sənədləri təhrif edə bilməzlər”. 

“Ən nəhayət sonuncu  köç XX əsrin 80-ci illərində oldu. Ermənilər nəinki Qərbi Azərbaycandan klan əhalini öz dədə-baba  yurdlarından qovdular, onlara min bir əzab verdilər. Eyni zamanda Qarabağ və onun ətrafındakı əraziləri də işğal etdilər. Əhaliyə işgəncə verdilər. Bu gün də tarixi həqiqət ondan ibarətdir ki, 44 günlük müharibədə torpaqlarımızı işğaldan azad etdik. Ancaq nə şəhər, nə kəndlərimiz yoxdur. Dini və tarixi abidələrimiz məhv edilib.  30 il ərzində bu ərazilər yerlə-yeksan edilib. Ona görə də, dövlət başçısı çıxışında bir daha dedi ki,  tarixi həqiqət olduğu kimi yazılmalıdır və insanlara olduğu kimi çatdırılmalıdır ki, onlarda yaddaş yaransın. Bu tarixin nəticəsidir ki, biz Qarabağla bağlı mücadilədə bütün dünyanı inandıra bildik ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Qərbi Azərbaycana qayıdış planını reallaşdırmaq üçün üzərimizə düşən nə varsa onları edəcəyik.  Tarixi həqiqətlər, hüquqi sənədlər bütün ictimaiyyəti, dünyaya çatdırılmalıdır. Qərbi Azərbaycanla bağlı və Qərbi Azərbaycandakı əhaliyə qarşı atılan addımlar necə varsa elə də yazılmalıdır. Təkcə Azərbaycan dilində yox, dünyanın nüfuzlu dillərində yazılmalıdır ki  dünya da tarixi həqiqəti bilsin. Bu mənada Qərbi Azərbaycan Azərbaycan üçün çox önəmlidir. Tarix boyu bu ərazi mübarizliyi ilə diqqəti cəlb edib”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top