Məhərrəm Talıbovla "GN Qrup"un xadiməsi arasında quru çay QALMAQALI

GÜNDƏM 27 dek 2022, 16:23
Ötən gün Naxçıvanda Talıbovlar "GN Qrup" şirkətinin binasını dövlətə təhvil veriblər. 

Bu barədə Valyuta.az-a Naxçıvandakı mənbələr məlumat verib.

Mənbənin verdiyi məlumata görə, təhvil-təslim zamanı çox maraqlı anlar yaşanıb. "GN Qrup"da ofisi olan Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov ofisini şəxsən özü boşaldıb. "Xan"ın qardaşını stol daşıyarkən görüblər. Bu hadisə əvvəl görənləri şoka salsa da, bəlli olub ki, Naxçıvanda Talıbovların köçünə belə heç kim kömək etmək istəmir. 

Hətta "GN Qrup" tərəfindən ofis üçün üçün alınan quru çayı aparmaq istəyən Məhərrəm Talıbovla xadimə arasında söz-söhbət yaranıb. Xadimə quru çayı Məhərrəm Talıbovun əlindən alaraq bildirib ki, burdakılar da çay içməlidir. "27 ildir bu ölkəni çapıb talasanız da gözünüz doymayıb, indi də quru çaya göz dikmisiniz", deyə xadimə bildirib.

Mənbə gəmçinin bildirib ki, Məhərrəm Talıbov müəssisənin hər şeyini öz əmlakı kimi daşımağa çalışsa da, sonda buna imkan verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top