"Ermənistan Rusiyadan könlü sınıq kimi görünməyə çalışır"— ŞƏRH

GÜNDƏM 26 dek 2022, 23:27
"Ermənistan əslində Qərbdən, əsasən də Fransadan ümid gözləyir və prosesləri ləngitməklə vaxt qazanmaq istəyir. Hesab edir ki, sülh müqaviləsini uzatmaqla əsasən Fransanın dəstəyi ilə guya ki, hansısa bir üstünlüyə nail ola bilər və həmin üstünlük sayəsində bəlkə Qarabağın statusuna doğru bir yol açılar. Şübhəsiz ki, bu, Ermənistanın yanlış ehtimalıdır və gələcəkdə özlərinə ziyan vuracaq bir ləmgimədir. Məhz buna görə də, Rusiyadan guya könlü sınıq kimi görünməyə çalışırlar". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib.

Analitik qeyd edib ki, Ermənistan Rusiyadan üz döndərsə belə Rusiya Ermənistanı atmayacaq:



"Çünki Ermənistan vasitəsi ilə Rusiya bölgədə maraqlarının təminatında və digər məsələlərdə bəhrələnir. Hazırki vəziyyətdə Ermənistan rəhbərliyi çox dolaşıq bir siyasi qətiyyətsizliyin içərisindədir. Rusiya isə Türkiyə və Azərbaycanla bir çox münasibətlərinin inkişafı ərəfəsində artıq sona çatmaq üzrə olan bir problemi yenidən qaşıyıb özündən narazılıq yaratmaq istəmir. Rusiyanın Xarici İşlər Naziri erməni nazirin üçtərəfli görüşə qatılmamasına açıq narazılıq ifadə etdi və bunu sülh danışıqlarından yayınmaq kimi qiymətləndirdi. Hətta o bildirdi ki, sülhməramlılar Azərbaycan ekoloqlarını lazımi yerlərə buraxmağa cəhdlər ediblər, lakin Qarabağdakı müəyyən dairələr və qruplar buna mane yaradıb. Belə ki, Lavrov lap bu sözündə qeyri - səmimi olsa belə ekoloqların buraxılmamasına sülhməramlıların əngəl olmadığını vurğuladı. Vardanyanın isə Rusiya ilə heç bir əlaqəsinin olmadığını qeyd etdi. Bir sözlə, Rusiya Qarabağda yalnız məsələnin həllində maraqlı tərəf olduğunu vurğuladı. Məhz buna görə də Ermənistan Qərblə Rusiya arasındakı seçimində artıq tərəzini Qərbə, əsasən Fransaya tərəf çox əyib. Proseslərin nəticəsi Ermənistanın Rusiya qarşısında etibarsız tərəfdaş obrazını daha da qabarıq göstərməsi ilə sonlanacaq ki, bu da Rusiyanı Azərbaycan maraqlana tərəf üstün mövqeyə cəlb edəcək".

Aynurə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top