Xarkov və Xersonda yenidən partlayış səsləri eşidildi

DÜNYA 26 dek 2022, 21:52
Bu gün Xerson və Xarkovda güclü partlayış səsləri eşidilib, bölgələrdə hava xəbərdarlığı elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov "Teleqram" kanalında yazıb.

 O bildirib ki, Rusiya qoşunları vilayət mərkəzinə hücum edir. Sakinlərdən hava xəbərdarlığı bitənə qədər sığınacaqlarda qalmaq xahiş olunub.

Xersonda və bir neçə rayonda, eləcə də Antonivkada da partlayışlar qeydə alınıb. Bildirilir ki, atəşlər müvəqqəti işğal olunmuş Oleşkidən aparılır.

Xatırladaq ki, dekabrın 16- da ruslar Xarkov vilayətinə S-300 kompleksindən on raket atıb ,onlardan ikisini hava hücumundan müdafiə qüvvələri vurub. 

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top