Sevgilisi Ronaldoya lüks avtomobil bağışladı — VİDEO

İDMAN 26 dek 2022, 17:56
Corcina Rodrigez sevgilisi, dünya şöhrətli ulduz futbolçu Kristiano Ronaldoya avtomobil hədiyyə edib. 

Bizim.Media xəbər verir ki, o, sözügedən Yeni İl hədiyyəsini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Corcina Ronaldoya “Rolls Royce” markalı avtomobil alıb. Dəbdəbəli avtomobilin qiymətinin 370 min dollar (təxminən 629 min manat) olduğu bildirilib. 

Kristiano Corcinanın bu hədiyyəsinə cavab olaraq “Təşəkkürlər, sevgilim”,- şərhini yazıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top