Sabunçuda avtomobil təmiri sexində YANĞIN: Xəsarət alanlar var

HADİSƏ 26 dek 2022, 12:30
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirdə olan “Fiat” markalı minik avtomobili yanıb.

Bu barədə FHN məlumat yayıb.

Xəbərə görə, yanğın zamanı iki nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top