YapiKredi Müraciət Forması
Hadisə

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Gəncədə arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Gəncədə həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb.

“Report”unməlumatına görə, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə şübhəli bilinən həyat yoldaşı - 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə dekabrın 14-də baş verib.

Faktla bağlı araşdırma davam etdirilir.

NE
Nihadə Eyyubova