Xalq artisti: "Maaş alan kimi dəfn yerimin behini verəcəm" — VİDEO

İNCƏSƏNƏT 25 dek 2022, 12:10
"Məndən 1 yaş balaca qardaşım var. Bu yaxınlarda dedi ki, gedək özümüzə dəfn üçün yer götürək, o yaşdayıq ki, bu gün, sabah öləcəyik. Dedim ki, gözlə maaşımı alım gedərik, pulu alan kimi gedəcəm. Düzdür, ora çatmayacaq, amma behini verəcəm".

Demokrat.az
xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov “Açıq söhbət” verilişində deyib.

Xalq artisti ölümü düşünməyən insanların qəddar olduğunu bildirib:

"Müəyyən bir yaş dövrü olur ki, insanlar ölüm haqda düşünmürlər. Amma elə vaxt gəlir ki, o barədə hər gün, hər saat, hər saniyə düşünürsən və bir də görürsən ki, qapı döyüldü. Ölümü düşünmədən yaşayanda insanlar elə bilirlər ki, ölməzdirlər. Ölməzlik sindromu olanda, insanlar çox azğın və qəddar olur. Elə bilirlər ki, hər şey onlar üçün yaranıb. Amma bilsələr ki, müəyyən mənada dünya fanidir...".

Vidadi Həsənov geyimlə əxlaqın ölçülməsindən danışıb. O bildirib ki, insanın tərbiyəsiz olduğunu üzünə baxdıqda anlayırsan:

"Vulqarca, özünü, hansı sənətin sahibi olduğunu göstərmək istəyirsə, əlbəttə, ona baxacaqsan, bilinəcək ki, kimdir? Həm də insanın həyat tərzi əvvəl-axır onun üzünə yansıyır. Tərbiyəsiz həyat sürən insanın üzünə baxırsan, görünür, gizləmək mümkün deyil… Gənclik səhv etmək dövrüdür. Biz isə həmişə deyirik ki, sən onu etmə, belə et. Biz onlara imkan verməliyik ki, yanlış edə-edə doğrunu bilsinlər".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top