Premyer Liqada mövsümün ilk hissəsinə yekun vurulacaq

İDMAN 25 dek 2022, 08:50
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə vurulacaq.

Publika.az xəbər verir ki, 2-ci dövrənin sonuncu - XVIII turunun bağlanış oyununda "Zirə" "Kəpəz"i qəbul edəcək.

Hazırda "qartallar" 27 xalla 4-cü, "sarı-göylər" isə 11 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatında 13 dəfə qarşılaşıb. Bunların 6-da Bakı klubu, 3-də Gəncə təmsilçisi qələbə qazanıb. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu komanda öndədir - 18:12.

“Zirə” son 5 matçda uduzmayıb. Bakılar son 4 ev oyununda qalib gəlib.

Azərbaycan Premyer Liqası

XVIII tur

25 dekabr (bazar)

15:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top