İranda 26 yaşlı qadın rejim cəlladları tərəfindən qaçırılıb — FOTO

REGİON 24 dekabr 2022, 19:39
İranın Qəzvin əyalətinin Əlvənd şəhərindən olan 26 yaşlı Hadisə Nəcənd qaçırılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

Məlumata görə, o, 3 yaşlı övladını uşaq bağçasına qoyduqdan sonra naməlum şəxslər tərəfindən oğurlanıb. Onun barəsində heç bir məlumat yoxdur. Ailəsi və yaxınları polisə müraciət etsələr də, onlara heç bir cavab verilməyib.

Hadisə Nəcənd bloqer olub və onun bir neçə gün öncə öz “İnstagram” səhifəsində Məhsa Əmini ilə bağlı paylaşım etdiyi qeyd edilir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 may 2025, 08:50
Top