Cahid Bağçı İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 24 dek 2022, 09:53

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, diplomat bununla bağlı tviterdə paylaşım edib.

"Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, sağlam, uzun ömür arzulayıram. Ad gününüz mübarək”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Dövlət başçısının 61 yaşı tamam olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top