Qocalar evindəki ölü sayı artdı — YENİLƏNİB (VİDEO)

REGİON 24 dek 2022, 16:51
Rusiyanın Kemerovo vilayətindəki qanunsuz qocalar evində yanğın baş verən əraziyə baxış keçirilərkən daha iki nəfərin cəsədi tapılıb.

Bununla da, ölənlərin sayı 22-yə çatıb.

Demokrat.az xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti şənbə günü belə məlumat yayıb. 

Hadisə dekabrın 24-nə keçən gecə baş verib. Kemerovoda qanunsuz qocalar evi kimi təchiz edilmiş şəxsi binada yanğın baş verib. 22 nəfər ölənlə yanaşı, daha 6 nəfər xəsarət alıb, onlardan ikisi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğına səbəb sobanın düzgün işləməməsi olub.

***09:16

Rusiyanın Kemerovo vilayətində qocalar evi yanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
 
Fövqəladə Hallar Nazirliyindən aydınlıq gətirilib ki, ilkin bölmələr gələn zaman binanın pəncərələrindən və dam örtüyündən açıq yanma müşahidə olunub. İlkin yanğının sahəsi 180 kvadratmetr olub.
 
Əvvəlcə xilasedicilər altı nəfərin öldüyünü bildirsə də, bir saat ərzində bu rəqəm iki dəfədən çox artaraq 13 nəfərə, daha sonra isə 20 nəfərə çatıb. Daha altı nəfər yaralanıb. Kuzbass Fəlakət Təbabəti Mərkəzinin həkimləri iki nəfərin yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirildiyini, daha dörd nəfərə yüngül yanma məhsulları ilə zəhərlənməsi diaqnozu qoyulduğunu, onlara ambulator müalicə təyin edildiyini bildiriblər.

Hadisənin səsəbinə gəlincə, məlumata görə, ikimərtəbəli fərdi yaşayış binası yaşlılar üçün uyğunlaşdırılıb. Bina soba ilə qızdırılıb. İlkin məlumata görə, yanğına səbəb sobanın düzgün işləməməsi olub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top