Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

SOSİAL 23 oktyabr 2025, 09:19
"Səbail" qaz paylayıcı stansiyadan (QPS) qidalanan "Köhnə Qanlı Göl" qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top