DİN sürücülərə müraciət etdi

SOSİAL 23 oktyabr 2025, 10:24
Daxili İşlər Nazirliyi sürücüləri diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Demokrat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, sürücü mədəniyyətinin artırılması və qəzalara səbəb olan amillərin aradan qaldırılması Nazirliyin əsas prioritet istiqamətlərindəndir:

"Baş verən qəzalarda sürət həddinin aşılması, radar qurğularına yaxınlaşdıqda sürəti azaldıb sonra yenidən artırmaq kimi məsuliyyətsiz davranışlar insan həyatına ciddi təhlükə yaradır.

Unutmaq olmaz ki, radar sürücünün yolda sürət həddini müəyyən edən, həyatı qoruyan və təhlükədən çəkindirici vasitə olan təhlükəsizlik kəməridir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 oktyabr 2025, 12:44
Top