Bakı-Quba yolundan istifadə edənlərə ŞAD XƏBƏR: “Bu gündən...”

İNFRASTRUKTUR 23 dek 2022, 12:50
Bir neçə aydır təmir olunan Bakı-Quba yolunun böyük hissəsi bu gün istifadəyə veriləcək.

Demokrat.az
xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bərpası aparılan beton yolun 98 faizində artıq təmir bitib. Həmin hissənin bu gündən istifadəyə veriləcəyi gözlənilir. 

Qeyd edək ki, bu ilin mayından etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılıb. Təmirin bu ilin sonunadək tamamilə yekunlaşdırılacağı nəzərdə tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top