Gənc oğlanın şit zarafatının acı sonluğu — TƏFƏRRÜAT

KRİMİNAL 23 dekabr 2022, 11:08
Abşeron rayonunda 2002-ci il təvəllüdlü Coşqun şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Eldara xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 16-da, gecə saat 01 radələrində baş verib. 

Coşqun aralarında olan məsələni aydınlaşdırmaq üçün Eldarı Xırdalan şəhərində yerləşən“Gülnar” şadlıq sarayın qarşısına dəvət edib.

Coşqun orada Eldarla görüşdükləri vaxt istənilənnarazılığı zor gücünə həll etmək iqtidarında olmasını nümayiş etdirib, onu qəsdən yumruq və təpiklə vurub. 

İstintaq orqanı tərəfindən Coşqunun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Coşqun özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, 2019-cu ildəXırdalan şəhərinin axırında yerləşən, 120 nömrəli marşurut avtobus dayanacağı deyilənyerdə Eldar ilə tanış olub. Onun sözlərinə görə, həmin vaxtdan Eldar ilə rastlaşdıqda zarafatetməsindən onun xoşu gəlməyib.

Coşqun qeyd edib ki, martın 15-də, saat 24 radələrində Xırdalan şəhərində olduğu vaxt Eldar zəngedib və ona bir daha sataşmamasını deyib: “Eldara Xirdalan şəhəri, 119 nömrəli marşurutavtobusun yaxınlığındakı, “Gülnar" şadlıq sarayının yaxınlığında olduğumu və şadlıqsarayının qarşısına gəlməsini, orada onu gözləyəcəyimi, aramızdakı bu məsələniaydınlaşdırmaq istədiyimi bildirdim. Eldar “Gülnar” şadlıq sarayının qarşısına gələrkənsaat 01 radələri olub. Eldara telefonda hansı səbəbdən mənə irad tutduğunu soruşdum. Eldarda qəti şəkildə bir daha onunla zarafat etməməyimi, ona sataşmamağımı dedi.Eldarın belə danışmasına acığım tutduğuna görə,  onunla əlbəyaxa oldum. Onuyumruq-təpiklə vurdum. Lakin onu söyməyim yadında deyil.Həmin vaxt səs-küyə toplaşanyoldan keçən tanımadığım adamlar bizi ayırdıqda evimə getdim”.

Cinayət işi üzrə zərərçəkmiş Eldarın sözlərinə görə, qardaşı ilə birlikdə yaşayır: “Təxminən 2018-2019-cu illərdə Xırdalan şəhərinin axırında yerləşən, 120 nömrəli sərnişinavtobus dayanacağı deyilən yerdə təqsirləndirilən şəxs ilə tanış olmuşam. SonradanCoşqun məni harada gördükdə sataşıb, mənə lazimsiz replikalar ataraq, xoşa gəlməz sözlər deyib. Coşqunun mənə qarşı belə hərəkətlər etməsi xoşuma gəlmədiyinə görə, mənə qarşıbelə hərəkətlərinə son qoyması üçün onunla təklikdə görüşmək və belə hərəkətləretməməsini xahiş etmək qərarına gəldim. Buna görə martın 15-də, saat 24radələrində Coşquna zəng edərək hər dəfə mənə sataşmasının səbəbini soruşdum. Coşqun məndən harada olduğumu soruşdu. Coşqunun mənimlə normal söhbət edəcəyini düşünərək ,ona Xirdalan şəhəri, 119 nömrəli marşurut avtobus dayanacağının yaxınlığındakı “Gülnar”şadlıq sarayının qarşısında olduğumu dedim”. 

Zərərçəkmiş qeyd edib ki, martın 16-da, saat 01radələrində “Gülnar" şadlıq sarayının qarşısına Coşqunun gəldiyini görüb: “Mənə sataşmasından Coşqunun peşiman olduğunu, mənimlə daha işi olmayacağını güman etdim. Bu səbəbdən ona yaxınlaşdım. Lakin Coşqun mənə ucadan “əcəb edib sənə sataşıram” dedi və məni nalayiq sözlər ilə söyməyə başladı. Coşqunun hərəkətlərindən, üstümə gələrək əlqaldirmasından məni döymək istədiyini bildim. Buna görə ona heç nə demədən oradanuzaqlaşmaq istədim. Coşqun qəfildən yumruqla sağ gözümdən vurduğu zərbədənaşağı əyildim. Bu vaxt Coşqun yumruq və təpiklə başımdan, sifətimdən vurmağa başladı.Səs-küyə kənardan gələn tanımadığım adamlar Coşqunu tutaraq saxladı və məni vurmağaqoymadılar. Sonradan qardaşım Əliyar gələrək məni evə apardı. Evdən Daxili İşlər Nazirliyinin 102 xidmətinəzəng etdim, hadisə barədə məlumat verdim. Sabahı günü isə Abşeron rayon Polis İdarəsinəərizə ilə müraciət etdim”. 

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Coşqun 11 ay 28gün müddətə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu cinayət işinin məhkəmə istintaqı aparılan zaman Coşqun başqa bir cinayət əməli törədib. Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb. Həmin ittiham üzrə müstrəntiqinin vəsatəti ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Məhkəmə hökm çıxaran zaman Coşqunun barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınmasını qeyd edib. 

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top