"Ermənilərin muxtariyyət xəyalları heç zaman reallaşmayacaq" — AÇIQLAMA

GÜNDƏM 22 dek 2022, 15:55
"Qarabağda cəmi 25 min erməni yaşayır. Dünyanın heç bir yerində 25 min nəfərə muxtariyyət verilmir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, ermənilərin muxtariyyət xəyalları heç zaman reallaşmayacaq. 

Deputat həmçinin vurğulayıb ki, Naxçıvanın muxtariyyəti tarixi səbəblərdən baş verib: 



"Təbii ki, Naxçıvanın muxtariyyəti bu illərdə özünü doğruldub. Əlbəttə Naxçıvan Azərbaycanın bir hissəsidir və Azərbaycanda gedən proseslər Naxçıvanda da gedir. Kadr dəyişilikləri, islahatlar aparılır. Naxçıvanda edilən yeniliklərin hamısı inkişafın daha sürətli getməsi,  insanların daha yaxşı yaşaması üçündür. Bütün hallarda biz Azərbaycanda bunları görəcəyik".


Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top