Dünya çempionatlarının sürpriz komandaları açıqlandı — Siyahıda Türkiyə də var

İDMAN 21 dek 2022, 23:56
Futbol üzrə dünya çempionatları tarixində sürpriz komandaların siyahısı açıqlanıb.

Demokrat.az
-ın xəbərinə görə, bu siyahıda son mundialın 4-cüsü Mərakeş də yer alıb. Afrika komandası bu qitədə yarımfinala yüksələn ilk millidir.

1994-cü ilin Bolqarıstan və İsveç yığmaları da sürpriz komandalar sırasındadır.

1998-ci ildə qatıldığı ilk mundialda bürünc mükafat qazanan Xorvatiya siyahıda özünə yer tapıb. 

Bundan başqa, 2002-ci ilin dünya üçüncüsü Türkiyə yığması sürpriz komandalardan biri kimi seçilib. Həmin mundialın ilk matçında son dünya çempionu Fransaya qalib gələn Seneqalı o zaman 1/4 finalda məhz Türkiyə dayandırmışdı. Maraqlıdır ki, o vaxtın hər iki yığması FİFA-nın sürpriz komandlarla bağlı siyahısına daxil edilib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top