Mədəniyyət naziri bu gün Xalq rəssamı Ömər Eldarovla görüşdü

MƏDƏNİYYƏT 21 dek 2022, 21:44
Mədəniyyət naziri Anar Kərimov bu gün Azərbaycanın tanınmış və istedadlı heykəltəraşı, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov ilə görüşüb.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir rəssamı Mədəniyyət Nazirliyinin kollektivi adından 95 illik yubileyi münasibətilə təbrik edib, uzun illər ərzində Azərbaycan rəssamlıq və heykəltəraşlığının təbliği və inkişafında göstərdiyi xidmətlər və gördüyü əvəzsiz işlər üçün ona dərin təşəkkürünü bildirib, həmçinin “Şuşa 270” döş nişanı ilə təltif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top