Sergey Markov: “Mixail Aleksandrovun bəyanatları rəsmi Moskva ilə Bakının dostluğuna xələl gətirir”

GÜNDƏM 19 dek 2022, 19:04
“Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun vəzifəsindən azad edilməsi düzgün qərardır, çünki onun bəyanatları rəsmi Moskva ilə Bakının dostluğuna xələl gətirir”.

Bunu “Report”un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

O bildirib ki, M.Aleksandrovun Azərbaycana qarşı hücumları tamamilə yolverilməzdir:
“Belə hücumları, xüsusilə Rusiya mətbuatında və ekspert icması arasında kifayət qədər nüfuz sahibi olan erməni lobbisi təşkil edir”.

Politoloq vurğulayıb ki, Rusiyanın ekspert tədqiqat mərkəzləri çox vaxt erməni lobbisinin güclü təsiri altında olan korporasiyalar tərəfindən maliyyələşdirilir:
“Bəzən rusiyalı xadimlərin Ermənistanın maraqlarına xidmət edən mövqeyi o həddə çatır ki, bu, Rusiya hakimiyyətini qıcıqlandırır. Erməni sistemi onlara anti-Rusiya və anti-Azərbaycan mövqeyinə görə pul ödəyir”.

Xatırladaq ki, Rusiyalı ekspert Mixail Aleksandrov Azərbaycana qarşı təxribat xarakterli ifadələrə görə beynəlxalq axtarışa verilib. Buna səbəb onun ötən həftənin cümə günü Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində verdiyi geniş auditoriya kütləsinə ünvanlanan audiomüraciətində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərə xələl gətirməyə cəhd göstərərək “Azərbaycanın bütün neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanmalı və tamamilə məhv edilməli olmasını” bildirməklə açıq çağırışlar edib.

Onun fikrincə, bu yolla Azərbaycan neftinin Qərbə tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq, həmçinin “Rusiya sülhməramlılarına qarşı təxribat” kimi qiymətləndirdiyi Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası məsələsinin həllinə kömək etmək olar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top