Bakıda 2 "Toyota Prius" toqquşub — FOTO

HADİSƏ 18 dek 2022, 08:30
Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Bülbül prospekti ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində 2 "Toyota Prius" markalı minik avtomobil toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top