Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı təkliflər verib

GÜNDƏM 17 dek 2022, 23:36
Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Şuşa-Xankəndi yolundakı vəziyyətin həlli ilə bağlı Ermənistan və Azərbaycana təkliflər verib və hazırda tərəflərin cavablarını gözləyir.

Bu barədə Rusiya Müdafiə Nazilriyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılar otuz müşahidə məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Kontingentin müvəqəti məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb.

Həmçinin, bildirilir ki, Şuşa-Xankəndi avtomobil yolunda, sülhməramlıların 7 saylı postu ərazisində vəziyyət dəyişməyib.

Qeyd olunur ki, Rusiya sülhməramlılarının komandanlığı təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlayır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top