İranda rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbənin meyiti tapıldı

DÜNYA 17 dek 2022, 12:07
İranın Dehqolan, Diziçe, Zahedan, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

"Report" xəbər verir ki, “Əhvaz” mediasının yazdığına görə, Xuzistan əyalətində 9 gün öncə rejim qüvvələrinin qaçırdığı 22 yaşlı tələbə Dünya Fərhadinin meyiti Karun çayının kənarında tapılıb.

Etirazlarda “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!”, “Xameneyi qatildir, hökuməti batildir (etibarsız)!”, “Uşaq qatili hökumətə ölüm!”, “Qatil Xameneyiyə ölüm!” və digər şüarlar səsləndirilib. İranda əmanətçilər rejimə etiraz olaraq öz pullarını banklardan çıxarır. Amma hökumət bankları nağdlaşdırma əməliyyatlarına limit tətbiq edib. Tehranda gecə-gündüz divarlara “Xameneyiyə ölüm!”, “Qələbə bizimlədir!” kimi şüarlar səsləndirilir.

Moniriye bölgəsinin sakinləri gecə rejimə qarşı “Diktatora ölüm”, “Xameneyiyə ölüm”, “Xameneyi qatildir” kimi şüarlar səsləndirib. Narmək bölgəsində etirazçılar mollanın evini yandırıb. Tehranın Xacə Nəsir Universitetinin tələbələri həbsdə olan tələbələr azad olunana qədər tətil keçirəcəyini bildiriblər.

Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində İran rejiminin təhlükəsizlik qüvvələri qadın fəal Vahidə Xanpuru Təbrizdə atasının evində həbs ediblər.

Xorasan-Rəzavi əyalətində Məşhəd Azad Universitetinin tələbəsi professorla siyasi müzakirədən sonra sinfi tərk edib və hökumət qüvvələrinin hücumundan sonra o, elan lövhəsinin şüşəsini sındıraraq intihar edib.

İsfahan əyalətinin Diziçe bölgəsində etirazçılar “İrancell” və “Raytel” mobil operatorlarının baza stansiyalarını yandırıblar.

Kürdüstan əyalətinin Dehqolan şəhərində aksiyalar zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilib.

Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində etirazçılar “Xameneyi həya et, ölkəmizdən əl çək” şüarı səsləndiriblər.

Qadınlar rejimin etirazçıları edam etməsinə qarşı etiraz məqsədilə aksiya keçiriblər. Aksiya iştirakçıları əllərini qan rənginə boyayaraq şüarlar səsləndiriblər: “Zalım hökumətə ölüm olsun! Bəsici və SEPAH, bizim İŞİDimiz sizsiniz!”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top