Xoşqədəmin qardaşının dili tutuldu

SOSİAL 17 dek 2022, 11:46
"Bu həyatda özümü iki şeyə görə bağışlamayacağam: bir Oqtay Rəcəbov, bir də qardaşım İlyasa görə".

Demokrat.az
xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. O, qardaşının yataq xəstəsi olduğunu söyləyib:

"İraqa çəkilişə gedəndə qardaşım yolda zəng vurdu ki, gəl, sənə sözüm var. Təyyarəyə gecikdiyim üçün qayıtmadım. Geri gələndə qardaşımın dili tutulmuşdu. Əlləri də tutmurdu ki, yazsın. Görəsən, mənə nə deyəcəkdi?

Bir də Oqtay Rəcəbov dəfələrlə məni bağa çağırdı ki, gəl. 4 aydır vaxt tapıb onun yanına gedə bilmədim. Özümü bunlara görə bağışlamayacağam"./axşam.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top