Heç Eynşteyn də testdən keçə bilməz — Deputat

SOSİAL 15 dek 2022, 13:02
“Bir çox ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırılıb”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Hicran Hüseynova deyib.

“Onlar yeni dönəmə uyğun deyil, bizdə isə bu edilməyib. Bu gün imtahandan keçən şəxs uşaqlarla dil tapa bilmir. Bundan başqa təcrübəli müəllimlərimiz də çox azdır. Onların üzərində işləmək lazımdır. Bu gün Eynşteynə də desən ki, get testdən keç, heç birindən keçə bilməz. Amma müəllim öz üzərində çalışmalıdır, indiki uşaqlar bir barmağı ilə kompüterdən bütün informasiyanı ala bilir. Ona görə qarşısına keçdiyi autoriyadan geri qalmamalıdır”, - deyə deputat çıxışında vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top