Kremldən Əliyev-Putin-Paşinyan görüşü barədə AÇIQLAMA

XARİCİ SİYASƏT 14 dek 2022, 15:36
“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün baş tutması üzərində iş gedir, onlar ən azı MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində danışa bilərlər”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, D.Peskov vurğulayıb ki, MDB liderlərinin qeyri-formal sammiti çərçivəsində üç ölkə lideri arasında üçtərəfli görüşün keçirilməsi ilə bağlı konkret razılıq əldə edilməyib./oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top