Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi tələb olunub

DÜNYA 14 dek 2022, 00:09
Apellyasiya məhkəməsində Fransanın sabiq prezidenti Nikola Sarkozinin 3 il azadlıqdan məhrum edilməsi istənilib.

Keçmiş prezident korrupsiyada ittiham olunur. Fransa Prokurorluğu onun 3 il qiyabi olaraq azadlıqdan məhrum edilməsini tələb edir.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Sarkozini qeyri-qanuni dinləmələrdə ittiham edərək 3 il azadlıqdan məhrum etmişdi.

Sarkozi və daha 2 nəfər bunun 1 ilini həbsxanada keçirməli idi. Keçmiş prezident qərardan apellyasiya şikayəti verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top