Vasif Talıbov Bakıya gəlməkdən imtina etdi

GÜNDƏM 12 dek 2022, 20:47
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında apardığı anti-korrupsiya əməliyyatlarından sonra MR Ali Məclisinin sədri Vasif Talıbov Bakıya gəlməkdən imtina edir.
 
Mötəbər mənbələrdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, DTX-nın həbsli əməliyyatlarından sonra Vasif Talıbov yaranmış vəziyyətin müzakirəsi üçün 2 dəfə Bakıya dəvət olunub. Lakin o, gəlməkdən imtina edib. MR rəhbəri yalnız Prezident İlham Əliyev tərəfindən qəbul olunacağı təqdirdə Bakıya gələcəyini bildirib.

V.Talıbov ümummilli lider Heydər Əliyevin anım günündə onun məzarını ziyarət etmək üçün də Bakıya gəlməyib, bu gün Naxçıvandakı büstünü ziyarət etməklə kifayətlənib.
 
Ehtimal olunur ki, MR rəhbəri həbs olunacağından ehtiyat etdiyi üçün Bakıya gəlməkdən imtina edir. V.Talıbov əmindir ki, istintaqa cəlb olunanlar və artıq həbsə atılanlar öz ifadələrində həqiqəti etiraf ediblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top