"Məni alçaltmaq istəyirlər"

ŞOU-BİZNES 11 dek 2022, 21:28
"Maşının sürmək məsuliyətdir. Taksi səni rahat aparır mənzil başına çatdırır. Həm də taksiyə minəndə sürücülər məndən pul almır. Deyirlər, qonaq olun, bizim üçün şərəfdir sizi aparmaq".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi onun adından saxta şeirlər yazılıb, onu gözdən salmağa çalışdıqlarını bildirib:

"Mən şou-biznesdə yox, sənətdəyəm. Şou-biznes gəlib sənət məbədi altında yaranıb. Sıradan birilər də ora gəlib. Xahiş edirəm bizi sənətçi adlandırmayın. Bizə sataşırlar, gözdən salmaq istəyirlər. Adımdan mənə mxsus olmayan şeirlər yazırlar. Guya mən yazmışam kimi təqdim edirlər. Bilirəm ki, şou-biznesdə özünə yer etmək istəyənlərdir. türkiyədə idim, gəldim ki, dollara, benzinə şeir yazıb, mənim adımdan yayıblar. Hörmətli insanlar zəng edir ki, şeirinizi oxuduq güldük. Məqsədləri adımı alçaltmaqdır". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top