Azərbaycanlı müğənni vəfat etdi — FOTO

ŞOU-BİZNES 11 dek 2022, 12:06
"Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə ifaçının həyat yoldaşı müğənni Oksana Smirnova sosial şəbəkə hesabında məlumat verib. 

"Günəşim söndü...” - O. Smirnova yazıb.

Müğənninin dostları, tanışları və digər abunəçiləri ona başsağlığı diləklərini bildiriblər.

S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkib.

Qeyd edək ki, müğənni məşhur "Yeni Ulduz” televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.

Allah rəhmət eləsin.



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top