Bəzi rayonların qaz təchizatında problem yaranıb

SOSİAL 10 dek 2022, 22:56
“Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb”.

“Azəriqaz” İB-dən verilən məlumata görə, SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.

Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi qaydaları müəyyənləşib

“Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”, - deyə məlumatda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top