Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatdı

HƏRBİ 09 dek 2022, 20:43
Azərbaycan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev və Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərliyi ilə Türkiyənin Ankara şəhərində keçirilən 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əsas fəaliyyət istiqamətləri müzakirə edilib.

Görüşün sonunda iclasın yekun protokolu imzalandıqdan sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin hərbi təhsil müəssisəsini ziyarət edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top