Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Breyn rinq” üzrə rayon birinciliyi keçirilib — FOTO

SOSİAL 09 dek 2022, 16:30
09 dekabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında ümumtəhsil şəhər məktəbləri arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Breyn rinq” intellektual oyunu üzrə rayon birinciliyi  keçirilmişdir. 

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Sonra isə komandalara uğurlar arzuladı.Daha sonra püşkatma keçirildi.Püşkatmadan sonra iştirakçılara "Breyn rinq" intellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi. 

Maraqlı mübarizə şəraitində keçən “Breyn rinq” intellektual oyunu üzrə rayon birinciliyinin yekununda III yeri şəhər 2 saylı tam orta məktəbin “Zəka” komandası , II yeri şəhər 7 saylı məktəb-liseyin "Everest" komandası , I yeri isə şəhər 1 saylı  məktəb-liseyin "İntellekt" komandası qazandı. 

Sonda qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top