Nazim Bəydəmirli: “Misir Qasımlı şərlənməyib, cinayət törədib və sırf bu əməllərə görə həbsdədir”

GÜNDƏM 08 dek 2022, 12:52
“Ukraynada həbs olunmuş keçmiş hərbçimiz haqqında Qazağıstandan bir dostum vasitəsilə xəbər tutmuşdum. Yaydan bəri müxtəlif qurumlara və şəxslərə müraciət etdim, statuslar yazıb ictimailəşdirməyə çalışdım. Bu yaxınlarda qarşıma Misir Qasımlının məhkəməyə aparılarkən çəkilən bir videosu çıxdı, baxdım və nə gördüm? Adam sanki “vorzakon” kimi danışırdı, videosuna şərh yazmış hansısa soydaşımızın adını çəkərək, onun barmaqlarını sındıracağını, onu və sülaləsini məhv edəcəyini təmiz Azərbaycan dilində səsləndirirdi. Elə o videoya baxandan sonra əmin oldum ki, adam şərlənməyib, cinayət törədib və sırf bu əməllərə görə həbsdədir”.

Demokrat.az xəbər verir ki,bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.

N.Bəydəmirli qeyd edib ki, müharibə görmüş qazi belə olmur, ən azından belə davranmır: “Bu sözlərin eynisini də qazağıstanlı dostuma söylədim ki, bizim müdafiə etdiyimiz şəxs barədə fikirlərim alt-üst oldu...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top