“İran Qarabağdakı erməniləri dəstəkləyir…” — Türkiyəli generaldan MARAQLI AÇIQLAMA

GÜNDƏM 07 dek 2022, 23:43
“Ukrayna ilə başlatdığı müharibədə Rusiyanın İrana bir neçə cəhətdən çox ehtiyacı var. Onlardan biri Ukraynada İran SİHA-larından istifadədir. Bunlar da Amerikanın SİHA-larıdır, yəni yüksək texnologiyalı məhsullardır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.

O əlavə edib ki, Amerikanın Yaxın Şərqdə mövqe qazanmaması üçün Rusiyaya İranın regionda fəal iştirakı lazımdır.

“Bu fəallığın xüsusilə İraq və Suriyada olması vacibdir. Ona görə də, Rusiya İranın tələblərini yerinə yetirməlidir. İran bilir ki, ölkədəki qarışıqlıq ABŞ tərəfindən dəstəklənir. Ölkə 1979-cu ildən əvvəlki dövrə qayıdırsa, İran oradakı ən fəal qrupun türklər olduğunun fərqindədir. Bu qrupun Azərbaycanla əlaqəsini kəsmək istəyir. Çünki İsrailin Azərbaycanda çox ciddi fəaliyyəti var və bundan İrana qarşı istifadə edir. Ona görə də, İran Qarabağdakı erməniləri dəstəkləyir. Qarabağda qarantör əhəmiyyətli dərəcədə Rusiya olduğundan İran istədiyi kimi at oynadır. Məqsəd də hər hansı bir təhlükə halında Ermənistan-Azərbaycan münaqişəsini başladıb və Güney Azərbaycandakı icmanın fəallığını qırmaqdır”.

General-mayor əlavə edib ki, Azərbaycan həm Rusiya ilə, həm də dünya nizamı ilə harmoniyada olmağa çalışan və olmaq zorunda olan bir ölkədir.

“Onun üçün də həm Rusiyanın, həm Qərb blokunun, həm də İsrailin Azərbaycanda ciddi təsiri var. Əgər Azərbaycanın qızıl ehtiyatları daşınırsa, bir potensial münaqişə təhdidindən söhbət gedə bilər. Əslində, bu vəziyyət əgər gerçəksə, mövcud savaşın genişlənmə ehtimalına işarə edir”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top