Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketində nələr var?

DÜNYA 06 dek 2022, 20:02
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi media kanallarına qadağa və məhsullara nəzarəti əhatə edəcək.

Demokrat.az xarici KİV-ə istinadən bildirir ki, Aİ Rusiyanın dörd media kanalının yayımını qadağan etməyi planlaşdırır.

Hansı kanalların məhdudiyyətlərə məruz qalması barədə məlumat verilmir. 

Bundan əlavə, doqquzuncu sanksiyalar paketinə mədənçıxarma sektoruna sərmayə qoyuluşu qadağasının daxil edilməsi planlaşdırılır .

 Aİ həmçinin Rusiyanın silah istehsalı üçün lazım olan texnologiyanın ixracına nəzarəti gücləndirmək niyyətindədir.

Daha üç Rusiya bankı ilə əməliyyatları qadağan etmək və 180 fiziki şəxsə məhdudiyyətlər qoymaq nəzərdə tutulub.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top