Zakir Həsənov və Hulusi Akar birgə təlimdə fərqlənən hərbçilərə mükafatlar təqdim ediblər — FOTO/VİDEO

HƏRBİ 06 dek 2022, 15:16
Noyabrın 20-də başlayan “Qardaş yumruğu” Azərbaycan - Türkiyə birgə hərbi təlimində müvəffəqiyyət qazanan iki ölkənin əsgərlərinə Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib.

Məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də İranla sərhəd rayonlarının ərazilərini əhatə edir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top