Türkiyə polisi Yunanıstana qaçmaq istəyən iki FETÖ üzvünü saxladı

REGİON 06 dek 2022, 15:01
Türkiyənin Ədirnə şəhərində Yunanıstana qaçmağa cəhd edən iki FETÖ üzvü saxlanılıb.
 
Demokrat.az
"TRT Haber"ə istinadən xəbər verir ki, polis əməkdaşları Ədirnənin Meriç qəsəbəsi yaxınlığındakı birinci dərəcəli hərbi qadağa bölgəsində yoxlama aparıb. Yoxlamalar zamanı Yunanıstana qaçmaq istəyən iki şəxs müəyyən edilib.

Saxlanılan şübhəlilərin üzərində “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə işin olduğu müəyyən edilib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top