“Girişdə mini gömrük postları quraşdırılacaq” — VİDEO

GÜNDƏM 05 dek 2022, 22:27
 “Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, giriş hissədə  mini gömrük postları quraq”.

Demokrat.az İctimai TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, girişdəki postlara müasir avadanlıqlar gətiriləcək:

“Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Giriş hissədə hansısa yüklərin altından nəsə keçirmək mümkün idi. Əgər tam yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin təmini haqqında nə dərəcədə danışmaq olar? Mən düşünürəm ki, bu, yüklərin daşınmamasının etibarlılığını təmin edəcək”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top